Cəlilabadda çay daşdı - Evləri su basdı+Fotolar+Video

celilabadda-cay-dasdi
Oxunma sayı: 4094

Cəlilabad rayonunun Sabirabad kəndində Qarayar çayı məcrasından çıxıb.

“Qafqazinfo” xəbər verir ki, nəticədə kəndin sahilboyu evlərinin həyət və zirzəmilərini su basıb. Hazırda texnikalar vasitəsilə suyun azalması üçün qabaqlayıcı tədbirlər görülür.

Çay suyu hazırda kəndin əsasən taxıl məhsulları bitən əkin sahələrinə doğru yönəlib. Bundan başqa, kənd qəbiristanlığını da su basıb. 

Rəşad Türkoğlu