Cəlilabadda ər arvadını öldürdü

celilabadda-er-arvadini-oldurdu
Oxunma sayı: 665

Rayon Prokurorluğundan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, Səttarxan küçəsində yaşayan 41 yaşlı İlham Əsgər oğlu Əzizov həyat yoldaşı 32 yaşlı Lalə İsmayıl qızı Əzizovanı çoxsaylı bıçaq xəsarətləri yetirməklə qətlə yetirib.

Hadisə Cəlilabad rayonunun Ocaqlı kəndindən keçən su kanalının yaxınlığında, İlham Əzizov həyat yoldaşı Laləni Biləsuvar rayonunda yaşayan bacısının evindən öz evinə apararkən baş verib.

Qətli törətdikdən sonra İlham Əzizov meyiti öz maşınına qoyaraq Cəlilabad rayon polis söbəsinə gələrək təslim olub.