Cəlilabadda külli miqdarda narkotik dövriyyədən çıxarılıb

celilabadda-kulli-miqdarda-narkotik-dovriyyeden-cixarilib
Oxunma sayı: 1037

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini olan narkotacirdən 14 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb. 

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında   keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ədil Baxşiyev saxlanılıb. Onun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı 1 kiloqram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ədil Baxşiyevin rayonun Uzuntəpə kəndində yerləşən evinə və həyətindəki yarımtikiliyə keçirilən baxış zamanı isə oradan 7 kiloqram 375 qram heroin, 5 kiloqram 135 qram tiryək, 815 qram metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.