Cəlilabadda qadın ürəyindən bıçaqlanıb

celilabadda-qadin-ureyinden-bicaqlanib
Oxunma sayı: 1734

Cəlilabadda qadın bıçaqlanıb. 

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, 53 yaşlı Səmayə Əliyeva bıçaq xəsarəti ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Aparılan müayinələr zamanı S.Əliyevanın ürək nahiyəsindən bıçaqlandığı məlum olub.
 
Yaralı dərhal cərrahiyə şöbəsində əməliyyata götürülüb.
 
Hadisənin hansı səbəbdən baş verməsi isə hələlik məlum deyil.