Cəlilabadda yol qəzasında iki qardaş öldü

celilabadda-yol-qezasinda-iki-qardas-oldu
Oxunma sayı: 2480

İyulun 22-də Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, “Mersedes” markalı minik avtomobilinin pomidor məhsulu yüklənmiş motosikletlə toqquşması nəticəsində Masallı rayonunun Köçərli kəndinin sakinləri Tural və Yalçın Mirzəyev qardaşları ağır bədən xəsarəti alıblar. Qardaşlar xəstəxanaya aparılarkən yolda keçiniblər.

Faktla bağlı araşdırma aparılır.