Cəlilabaddakı atışmanın səbəbkarlarından biri saxlanıldı

celilabaddaki-atismanin-sebebkarlarindan-biri-saxlanildi
Oxunma sayı: 2307

Ötən gün Cəlilabadda baş vermiş silahlı insidentin iştirakçılarından biri saxlanılıb.

"Qafqazinfo" xəbər verir ki, Cəlilabad rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində rayon sakini İlqar Həsənov saxlanılıb. Saxlanılarkən ondan AKS tipli avtomat, 1 ədəd avtomat darağı və 8 ədəd patron götürülüb.  

Silahlı insidentin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb araşdırma aparılır.