Cəlilabaddakı bazarda güclü yanğın - Fotolar+Yenilənib

celilabaddaki-bazarda-guclu-yangin
Oxunma sayı: 836

Cəlilabad rayonunda “İran bazarı” kimi tanınan bazarda güclü yanğın başlayıb

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, yanğın məişət əşyalarının satışı yerindən başlayıb.

Əraziyə Cəlilabadla yanaşı qonşu Masallı və Biləsuvar rayonlarının yanğından mühafizə hissəsinin yanğınsöndürənləri də cəlb edilib.

İlkin məlumata görə, tüstüdən zəhərlənmə və yanğından xəsarət alma halları hələ ki, qeydə alınmayıb.

***

“İran bazarı”nda baş vermiş yanğın söndürülüb. Yanğın zamanı 15-ə yaxın ticarət obyekti içindəki əşyalarla birlikdə yanaraq kül olub. 

Hadisə yerinə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və onun müavini Vidadi Dövlətov da gəlib.