Çəllək bombaları 30 nəfəri öldürdü

cellek-bombalari-30-neferi-oldurdu
Oxunma sayı: 811


“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, Suriya ordusunun döyüş təyyarələrinin İdlib şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı 30 nəfər ölüb, onlarla şəxs yaralanıb.

Müxaliflər Suriya ordusunun yaşayış məntəqələrinə çəllək bombaları atdığını və ölənlərin əksəriyyətinin uşaqlar olduğunu bildiriblər. 

Suriya ordusu paytaxt Dəməşq yaxınlığında müxaliflərin ələ keçirdiyi Cobar bölgəsinə də hücumlar ediblər. Müxaliflər gün ərzində Cobar bölgəsinə 60-dan çox çəllək bombası atıldığını açıqlayıblar. 

Suriya ordusunun bölgəyə hücumlarını intensivləşdirməsi əhalinin sürətlə Cobarı tərk etməsinə səbəb olub. 

Müxaliflər verdikləri itkiləri açıqlamasalarda Suriya ordusuna məxsus 3 tank və bir zirehli maşının məhv etdiyini bildiriblər.