“Çelsi” Azar üçün 226 milyon istədi

celsi-azar-ucun-226-milyon-istedi
Oxunma sayı: 2607

Belçika millisinin futbolçusu Eden Azar "Çelsi"dən ayrıla biləcəyi haqda siqnallar vermişdi.

“Qafqazinfo” xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçini transfer etmək üçün hərəkətə keçən "Real" müsbət cavab ala bilmir. İngiltərə mətbuatının məlumatına görə, London təmsilçisi "Real"dan bu keçid üçün 226,5 milyon avro tələb edib. "Kral klubu" isə masadan qalxıb. Madrid təmsilçisi bu məbləğin aşağı endirilməsi üçün danışıqlar aparacaq.

Qeyd edək ki, Azar 2012-ci ildən "Çelsi"də çıxış edir.