“Çelsi” darmadağın oldu - Video

celsi-darmadagin-oldu
Oxunma sayı: 2251

İngiltərə Premyer Liqasının 26-cı turuna yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun son matçında “Uotford” öz meydanında “Çelsi”ni qəbul edib.

Ev sahibi 30-cu dəqiqədə rəqibinin azlıqda qalmasından istifadə edərək oyunda üstünlük qurublar.

İlk hissə “Uotford”un 1-0 üstünlüyü ilə bitib. “Çelsi” 82-ci dəqiqədə hesabı bərabərləşdirsə də, sonrakı dəqiqələrdə “Uotford” 3 qol vuraraq meydandan 4-1 qalib ayrılıb.

Ardıcıl ikinci məğlubiyyətini alan “Çelsi” 4-cü pilləyə enib. “Uotford” isə 11-ci pillədə qərarlaşıb.

“Uotford” – “Çelsi” – 4:1

Qollar: 42 – Diney (1-0), 82 – Azar (1-1), 84 – Canmaat (2-1), 88 – Dulofeu – (3-1), 90+1 – Pereyra (4-1).

Qırmızı kart: 30 – Bakayoko (“Çelsi”)