“Çelsi” Droqbanı “Real”a verə bilər, amma...

celsi-droqbani-reala-vere-biler-amma
Oxunma sayı: 646

“Qafqazinfo”nun İngiltərə mətbuatına istinadən verdiyi xəbərə görə, “zadəganlar” hücumçunu ələ keçirmək uğrunda “Yuventus”la mübarizə aparır. Turin klubu İquayna görə “Real”a 26 milyon funt-sterlinq ödəməyə hazırdır. “Çelsi” isə madridlilərə transfer məbləğindən əlavə, Droqbanı da təklif edəcək. İngilislərin transfer üçün nə qədər pul xərcləmək niyyətində olduğu isə məlum deyil.

“Çelsi”nin baş məşqçisi Villaş-Boaş “Portu”nun sol cinah müdafiəçisi Alvaro Perreyranı da sərəncamında görmək istəyir. Ötən mövsüm portuqaliyalı mütəxəssisin rəhbərliyi altında çıxış edən Perreyra yayda londonlularla anlaşmağa yaxın olsa da, keçid baş tutmamışdı. “Çelsi” uruqvaylı futbolçuya görə 25 milyon funt-sterlinq təklif edir.

Ceyhun Əhmədov