“Çelsi” fiaskosu davam edir

celsi-fiaskosu-davam-edir
Oxunma sayı: 648

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Moskvanın ÇSKA klubu evdə “Real”ı qəbul edib. Qonaqlar oyunun 27-ci dəqiqəsində Kriştiano Ronaldonun qolu ilə hesabı açıb. Son dəqiqəyə kimi qələbə hesabını qoruya bilən Joze Mourinyonun yetirmələri 90-cı dəqiqədə üstünlüyü əldən verib – 1:1.

Neapolda isə yerli “Napoli” “Çelsi” ilə üz-üzə gəlib.Bu görüşdə də hesabı qonaq komanda açıb. Lakin ruhdan düşməyən meydan sahibləri Kavani və Lavessinin sayəsində rəqibi 3 dəfə cəzalandırıb. Beləliklə, İngiltərə premyer-liqasında son 4 oyunda 3 xal toplayan “Çelsi” ardıcıl 5-ci rəsmi görüşdə də qələbəyə həsrət qalıb.

21 fevral
Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları
23:45. "Napoli" (İtaliya) – "Çelsi" (İngiltərə) - 3:1
Qollar: Mata, 27 (0:1), Lavezzi, 38 (1:1), 65 (3:1), Kavani, 45 (2:1)

21:00. CSKA (Moskva, Rusiya) - "Real" (Madrid, İspaniya) - 1:1
Qollar: Ronaldo, 28 (0:1), P.Vernblum , 90 (1:1)

Ceyhun Əhmədov