“Çelsi” özünə məşqçi tapdı

celsi-ozune-mesqci-tapdi
Oxunma sayı: 664

Stadium.Az xəbər verir ki, dünən "Portu"dan istefa verən Andre Villas Boas London klubu ilə müqavilə imzalayıb.
Bu barədə "Çelsi"nin rəsmi saytı məlumat yayıb. Saytın xəbərində bildirilir ki, portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb və o, dərhal işə başlayıb. Boas bu postda Karlo Ançelottini əvəzləyəcək.

Qeyd edək ki, "Portu"nu ölkə çempionatının və Avropa Liqasının qalibi edən Boas dünən istefa vermişdi. O, vaxtından əvvəl müqaviləsini pozduğuna görə "Portu"ya 15 milyon avro təzminat ödəyəcək.