İngiltərə FA kubokunun 1/32 mərhələsinin cavab oyunları keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Çelsi” öz meydanında “Norviç”i qəbul edib. Oyunun əsas vaxtı 1-1 hesabı ilə bitdiyindən komandalar əlavə vaxt oynamalı olublar. Sonda Çelsi penaltilər seriyasında Norviçdən üstün ola bilib.
Qeyd edək ki, tərəflər arasındakı ilk oyun 0-0 hesabı ilə yekunlaşmışdı.
“Çelsi” 1-1 “Norviç”
Qollar: Batşuayi 55(1-0); Levis 90+4 (1-1)
Qırmızı kart: Pedro 114; Morata 120 (Çelsi)