“Çelsi” Ukraynada şou göstərdi - Video

celsi-ukraynada-sou-gosterdi
Oxunma sayı: 1387

Bu gecə Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, artıq bəzi cütlüklərdə 1/4 finalçılar müəyyənləşib.

İlk oyunda Londonda Kiyev “Dinamo”suna 3:0 hesabı ilə qalib gələn “Çelsi” səfərdə Ukrayna təmsilçisini 5 cavabsız qolla darmadağın edib.

Bu qələbədən sonra “Zadəganlar” adını 1/4 finala yazdırıb.

“Dinamo Kiyev” (Ukrayna) - “Çelsi” (İngiltərə) - 0:5

Qollar: Jiru, 5, 33, 59, Markos Alonso, 45+1, Hudson-Odoy, 78

İlk oyun - 0:3