“Çelsi” yenə xal itirdi - Video

celsi-yene-xal-itirdi
Oxunma sayı: 991

İngiltərə Premyer Liqasında 35-ci turun daha bir oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Çempionlar Liqasına qatılmaq uğrunda mübarizə aparan “Çelsi” klubu öz meydanında “Börnli” ilə qaşılaşıb.

4 qolun vurulduğu oyunda tərəflərə hərəyə 1 xal qazanıblar.

Bununla da son 2 oyunda 5 xal itirən “Çelsi” 4-cü pillədəki mövqeyini də təhlükəyə atıb.

“Çelsi” - “Börnli” - 2:2

Qollar: Kante, 12; İquayn, 14 - Hendrik, 8; Barnes, 24