“Çelsi”dən rekord transfer

celsiden-rekord-transfer
Oxunma sayı: 5799

“Atletika” qapıçısı Kepa Arrisabalaqa “Çelsi”nin London klubuna transfer edilib.

“Qafqazinfo” xəbər verir ki, futbolçu klubla 7 illik müqavilə bağlayıb. “Çelsi” Kepaya 80 milyon avro ödəyəcək. Bununla da Arrisabalaqa öz transferi ilə tarixdə ən bahalı qapıçı statusunu qazanıb.

Bundan əvvəlki rekord isə 73 milyon avro ilə “Roma”dan “Liverpul”a transfer olunan braziliyalı qapıçı Alison Bekerə məxsus idi.