“Çelsi”nin fan-klubu finalla bağlı bəyanat yaydı

“Çelsi”nin fan-klubu finalla bağlı bəyanat yaydı
Oxunma sayı: 1885

“Çelsi”nin Bakıdakı fan-klubu Avropa Liqası finalı ilə bağlı bəyanat yayıb.

“Qafqazinfo” xəbər verir ki, fan-klub azarkeşləri həlledici qarşılaşmada təxribarlardan çəkinməyə çağırıb:

"Hörmətli azarkeşlər! Hər birimiz üçün mövsümün əsas futbol hadisəsi olan matça artıq 4 gün qalır. Qrup mərhələsinin ilk turundan etibarən bu yolun “Road to Baku” (“Bakıya gedən yol”) olduğuna əbəs yerə inanmırdıq! Şübhəsiz ki, final həyəcanı, final hazırlığı, final ab-havası və, nəhayət, finalın özü – bütün bunlar böyük futbol bayramının tərkib hissələridir. Azarkeş olan hər kəs bu bayramın hər bir anından zövq almaq haqqına malikdir. Təəssüf ki, Bakı finalı öncəsi informasiya mühitində final ab-havasına uyğun olmayan bir sıra məlumatlar da diqqəti cəlb etdi və müəyyən müzakirələrə səbəb oldu. Hesab edirik ki, heç bir azarkeşin final əhval-ruhiyyəsinə bu kimi neqativ hallar heç bir şəkildə təsir etməməlidir. Bunun üçün ayrı-ayrılıqda hər bir azarkeşin diqqətli və düşüncəli davranışı mütləq şərtdir.

Əziz “Çelsi” tərəfdarları! Qarşılaşma öncəsi və matç zamanı əcnəbi rəqib azarkeşlər və ya digər şəxslər tərəfindən məlum məsələlərlə əlaqədar hər hansı jest, şüar və ya hərəkət gördüyünüz halda hər birinizdən təmkinli davranış nümayiş etdirməyi son dərəcə xahiş edirik. Heç bir şifahi mübahisə və ya hər hansı digər müdaxiləyə yol verməməyiniz vacibdir. Təmkinli davranışınız həm ümumi olaraq azarkeşlərimiz adına, həm də şəhərimizin qonağı olan “Çelsi” Futbol Klubu adına çox mühüm əhəmiyyət daşıyır. Sözsüz ki, emosiyalarımızı, enerjimizi sevimli komandamıza stadionda var gücümüzlə dəstək verməklə xərcləmək ən doğru addım olacaq. “Çelsi”nin Azərbaycandakı Rəsmi Tərəfdar Klubu idman prinsiplərinin, həmçinin prinsipial, lakin sağlam rəqabətin tərəfarıdır. Ümid edirik ki, ürəyi “Çelsi” ilə döyünən hər bir kəs qarşıdakı futbol bayramından əsl zövq alacaq! Keep The Blue Flag Flying High!" 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi