“Çelsi”nin futbolçusu “Galendewagen”lə qəzaya düşdü - Fotolar

celsinin-futbolcusu-galendewagenle-qezaya-dusdu
Oxunma sayı: 1428

“Çelsi” klubunun fransalı yarımmüdafiəçisi Temue Bakayoko bu gün idarə etdiyi avtomobillə qəzaya düşüb.

“Qafqazinfo” “Mirror”a istinadən xəbər verir ki,23 yaşlı futbolçu məşqdən sonra evə gedərkən “Galendewagen” markalı avtomobilinin idarəetməsini itirib.

Yolda çıxan avtomobil ağaca çırpılıb. Bakayokonun ciddi xəsarət almadığı bildirilir.

Qeyd edək ki, gənc futbolçu 40 milyon avroya “Monako”dan transfer edilib.