Cem Yılmaz erməni rəssamın əsərlərinə 86 min dollar verdi

cem-yilmaz-ermeni-ressamin-eserlerine-86-min-dollar-verdi
Oxunma sayı: 2280

Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz erməni rəssam Daron Mouradyanın iki tablosunu satın alıb.

“Qafqazinfo” xəbər verir ki, “Galeri 77” sərgisinə baş çəkən aktyor rəssamın “Pequod” adlı tablosuna 66 min, “Portre 4”ə isə 20 min dollar pul ödəyib.

Cem yeni aldığı əsərin fotosunu instaqram səhifəsində paylaşıb.

Qeyd edək ki, C. Yılmaz ABŞ daxil olmaqla bir çox ölkələrin, eləcə də Ermənistanın incəsənət nümayəndələrinin əsərlərinə sərmayə qoyur. Onun böyük tablo kolleksiyası var.