Cem Yılmaz səs verəndə də zarafatından qalmadı - Video

cem-yilmaz-ses-verende-de-zarafatindan-qalmadi
Oxunma sayı: 3370

Bu gün Türkiyədə keçirilən prezident və parlament seçkilərində şou əhli də yaxından iştirak edir.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor-şoumen Cem Yılmaz Beşiktaş Lütfi Banat məkətbində səsvermə hüququndan istifadə edib. O, məntəqədə də zarafatlarından qalmayıb. Jurnalistlərə "Siz kabinə keçin, mən gəlirəm" deyən Yılmaz onu "şoumen" kimi təqdim edən müxbirə "Şoumen dediniz, yumor ustası olacaqdı. Yayımlanarkən düzəldərsiniz" cavabını verib.

Hər seçkidə eyni məktəbdə səs verən yaşlı vətəndaşı görən Cemin "Get-gedə cavanlaşırsınız" zarafatı seçki məntəqəsindəkiləri qəhqəhəyə boğub.