Cəmi 1 ay nişanlı qaldılar - Fotolar

cemi-1-ay-nisanli-qaldilar
Oxunma sayı: 2595

Sonuncu dəfə “Bizim Hikaye” serialı ilə tamaşaçı qarşısına çıxan Miray Akay nişanlısından ayrılıb. “Qafqazinfo” xəbər verir ki, 19 yaşlı aktrisa özündən bir yaş böyük Atilla Doğukan Türkyılmazla münasibətini bitirib. 

İnstaqramda canlı yayıma qoşulan Miray sözügedən məlumatı hər kəslə bölüşüb: “Biz bacarmadıq. Ayrılmaq barədə qərara gəldik. Bir-birimizi hələ də çox sevirik”.

Açıqlamadan sonra Atilla da instaqram səhifəsində Mirayla olan bütün şəkillərini silib. 

Bu məqamda bildirək ki, M. Akay və Türkyılmaz bu ilin iyununda nişanlanmışdılar.