Cəmi 1 gün küsülü qaldılar

cemi-1-gun-kusulu-qaldilar
Oxunma sayı: 2038

Müğənni Xatirə İslam və Sevil-Sevinc Səfərovalar barışıb.  “Qafqazinfo” xəbər verir ki, bu barədə Xatirənin özü instaqram səhifəsində məlumat verib. 

Sənətçi bildirib ki, əkizlər ona mesaj yazaraq məsələyə aydınlıq gətiriblər: “Sizə kiçik bir açıqlama vermək istəyirəm və bu mövzuda bir də danışmayacam. Sevil və Sevinc mənə mesaj yazaraq məsələnin əslində başqa cür olduğunu bildirdilər. Dedilər ki, haqqında söylədikləri gözəl fikirlər efirdə getməyib.

Bundan başqa, maşınlarında mahnılarımı dinlədiklərini, bəyəndikləri 5 müğənnidən biri olduğumu söylədilər.  Mən də onlara inandım. Kinsiz insanam, gəncləri də çox sevirəm. Hər kəsdən xahiş edirəm ki, sənət aləminə yeni gələn gənclərən istifadə etməyək, onlara düşmən yox, dost qazandıraq”.

Qeyd edək ki, Səfərova bacılarının "ATV Maqazin Onlarla" verilişində "Xatirə 3 ay oxumasa yaddan çıxacaq" sözləri məşhurlar arasında qalmaqala səbəb olmuşdu.