Cəmi 15 dəqiqəyə...

cemi-15-deqiqeye
Oxunma sayı: 1916

Qadınlar onları narahat edən sızanaqlardan evdə də qurtula bilərlər.

“Qafqazinfo” xəbər verir ki, bunun üçün ilk növbədə sızanaqları sıxmamaq lazımdır. Bundan sonra 6 üsuldan birini istifadə etməklə üzü sızanaqlardan təmizləmək mümkündür. Bunlardan biri tərəvəzlərlə bağlıdır. Belə ki, dilimlənmiş xiyarı sızağın üstünə sürtmək və 15 dəqiqədən sonra su ilə yumaq lazımdır.

Buxar vannası da üz cildinə kömək edən vasitələrdən biridir. Bu zaman üz nəfəs alacaq və toksinlərdən azad olacaqsınız.

Sarımsağı əzib sızanağın üstünə qoymaq da faydalıdır.

Digər möcüzələrdən biri isə həmin bölgəyə bal sürtmək və 15 dəqiqə sonra yumaqdır.

Bir aspirin dərmanını suda əridib sızanağın üstündə yarım saat saxlamaqla da problemdən azad olmaq mümkündür.

Sızanaqlardan ən sürətli şəkildə qurtulmağın digər bir yolu isə diş pastasıdır. Bir miqdar diş məcununu sızanağın üstünə vurmaq və bir müddətdən sonra bol su ilə yumaq lazımdır.