Cəmil Çiçək Bakıya gəlir

cemil-cicek-bakiya-gelir
Oxunma sayı: 637

SalamNews-un xəbərinə görə, C.Çiçək Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin iclasında iştirak edəcək. O, həmçinin bir sıra yüksək səviyyəli rəsmilərlə də görüşəcək.

Səfər Milli Məclisin sədri Oqtay Əsədovun dəvəti ilə gerçəkləşəcək. Yüksək səviyyədə baş tutacaq səfər zamanı ölkələr arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.