Cəmil Çiçək TÜRKPA-nın Hüquq komissiyasının üzvlərini qəbul edib

cemil-cicek-turkpa-nin-huquq-komissiyasinin-uzvlerini-qebul-edib
Oxunma sayı: 633

“Qafqazinfo” xəbər verir ki, görüşdə iştirak edən Azərbaycan Milli Məclisinin deputatı Çingiz Qənizadənin verdiyi məlumata görə, Cəmil Çiçək TÜRKPA-nın işinə çox böyük maraq olduğunu, onun gələcəyinin uğurlu olacağını qeyd edib və bu sahədə Türkiyə dövlətinin hər cür yardım göstərməyə hazır olduğunu bildirib. Azərbaycan nümayəndə heyəti adından Ç.Qənizadə qəbul üçün təşəkkürünü bildirərək bu gün Hüquq komissiyasında müzakirə olunan məsələlər, eyni zamanda TÜRKPA-nın gələcəyi ilə baxışlarını çatdırıb.

Görüşdə iştirak edən digər nümayəndə heyətləri də qurumun fəaliyyəti ilə bağlı öz fikirlərini bölüşüblər.