Cəmilənin jurnalist sevgilisi - Fotolar

cemilenin-jurnalist-sevgilisi-fotolar
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumata görə, ifaçı bu dəfə şou-biznes yazarı Elşad Ümidlə birgə səmimi pozlar verib. Maraqlıdır ki, şəkillərə baxan kimi onların sevgili olduğunu düşünürsən. Məsələ ilə bağlı yeni «cütlüyün» fikrini öyrənməyə çalışdıq. Cəmilə xanım bayram çəkilişində olduğundan danışa bilmədiyini dedi.

Sualımızı E.Ümid cavablandıraraq bildirdi: «Cəmilə xanım 2 ay öncə məhəbbətdən bəhs edən yeni mahnısına klip çəkdirmək istəyirdi. O, mənim facebookdakı şəkillərimi görüb, çox bəyəndiyini bildirdi və mənə klipində sevgilisi rolunda çəkilməyi təklif etdi. İmtina etmədim və biz sınaq üçün fotosessiya etdik. Deyilənə görə, uğurlu alınıb. Amma müəyyən səbəblərdən, klip çəkilişləri bir müddətliyə təxirə salındı. Bununla belə, Cəmilə xanımla daha bir maraqlı sürprizimiz olacaq. Yaxın vaxtlarda, ondan hamı xəbərdar olacaq».