Çempion kim olacaq?

cempion-kim-olacaq
Oxunma sayı: 642

“Qafqazinfo” xəbər verir ki, turun ən maraqlı, böyük məna kəsb edən oyunu “Qarabağ” la “Neftçi” arasında olacaq. Demək olar ki, bu tur çempionluq məsələsi öz həllini tapa bilər. Belə ki, “Neftçi” “Qarabağ”ı məğlub edərsə, 60-cı xalını qazanmış olacaq və 3-cü dəfə dalbadal Azərbaycan çempionu adını qazanacaq. “Qarabağ” ın qalibiyyəti isə “Neftçi”ilə xalların bərabərləşdirilməsinə və şəxsi oyunlara görə, Ağdam təmsilçisinin lider olmasına gətirib çıxaracaq.

Ümumilikdə bu gün keçiriləcək oyunların ardıcıllığı belə olacaq.

Saat 17:00
“Sumqayıt”- “Rəvan” “Bayıl Arena”

Saat 19:00
“Qarabağ” – “Neftçi” “Tofiq Bəhramov adına Respublika stadion”u

Saat 21:00
“İnter”- “Bakı” “Şəfa” stadionu

İqbal