Çempion öldürüldü

cempion-olduruldu
Oxunma sayı: 655

“Qafqazinfo” xəbər verir ki, 46 yaşlı Güney Afrikalı boksçu ölkəsindəki bir restoranda silahlı soyqun edən qrup tərəfindən vurulub.

Mədəsindən və qolundan yaralanan Sanders xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, çempion həmin restorana ailəsi ilə birlikdə ad günü şənliyinə getmişdi.

Xatırladaq ki, Corrie Sanders 2003-cü ildə dünya çempionu olub. 2004-cü ildə boksu buraxmağa qərar versə də, iki il sonra yenidən rinqə qayıdıb. 2008-ci ildə isə, tam olaraq əməkli olub.
Məşhur boksçu 20 illik kariyerası ərzindəki 46 oyunda 42 qalibiyyət qazanıb.

Sevinc