“Çempion olsaq, alnıma döymə etdirə bilərəm” - Rakitiç

cempion-olsaq-alnima-doyme-etdire-bilerem
Oxunma sayı: 2285

Xorvatiya milli komandasının yarımmüdafiəçisi İvan Rakitiç sabah dünya çempionatının finalında Fransaya qarşı keçirəcəkləri matçdan söz açıb.

“Qafqazinfo” xəbər verir ki, ulduz futbolçu qalib olacaqları halda alnına dünya çempionatının kubokunun fotosunu tatu etdirəcəyini bildirib:

“Bundan daha yaxşı hisslər ola bilməz. Turnir başlamamışdan öncə finala gəlmək belə sadəcə xəyal idi. Dürüst olmaq lazımdırsa, biz finala çıxmağı sadəcə arzu olaraq biliridk. İndi isə xoşbəxtik. Əgər çempion olaq, alnımda boş yer var və ora döymə etdirə bilərəm. Hesab edirəm ki, bu böyük seçimdir. Amma həyat yoldaşımla danışacam”.