Çempion Ramil Hacıyevin qardaşı dəhşətli qəzada öldü - Video

Çempion Ramil Hacıyevin qardaşı dəhşətli qəzada öldü
Oxunma sayı: 5444

Ukraynanın Odessa şəhərində “BMW” markalı avtomobil Qaqarin prospektində idarəetməni itirərək park edilmiş “Hyundai Sonata”yla toqquşub və elektrik dirəyinə çırpılıb.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, nəticədə “BMW”nin 33 yaşlı qadın sərnişini hadisə yerində, 22 yaşlı Şamil Hacıyev isə xəstəxanada dünyasını dəyişib. Hadisə şahidlərinin sözlərinə görə, zərbənin gücündən avtomobil bir neçə dəfə havada fırlanıb və yanaraq hissələrə parçalanıb. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Şamil Hacıyev sahibkar Qəzənfər Hacıyevin oğlu, boks üzrə dünya çempionu Ramil Hacıyevin qardaşıdır.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi