Çempionatda IX tura start verilir

cempionatda-ix-tura-start-verilir
Oxunma sayı: 780

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək. “Səbail” “İnter”i “Dalğa Arena”da qəbul edəcək.

Hazırda “İnter” 8 xalla 5-ci sırada qərarlaşıb. “Səbail” isə ondan 2 xal geri qalır. Qələbə ev sahibini turnir cədvəlində 5-ci yerə qədər qaldıra bilər.  

Azərbaycan Premyer Liqası

IX tur

20 oktyabr

18:00. “Səbail” – “İnter”