Çempionlar Liqası: APOEL nağılı bitəcəkmi?

cempionlar-liqasi-apoel-nagili-bitecekmi
Oxunma sayı: 646

“Qafqazinfo”nun verdiyi xəbərə görə, turnirin sürpriz komandası olan APOEL evdə Madridin “Real” klubunu qəbul edəcək. Bu mövsüm ÇL-də məğlubiyyət tanımayan “kral klubu” oynadığı 8 oyunda 7 qələbə 1 heç-heçə əldə edib.

Portuqaliyanın “Benfika” klubu isə “Çelsi” ilə üz-üzə gələcək. 1/8 finalda “Napoli”ni çətinliklə məğlub edən “zadəganlar” üçün Portuqaliya səfəri də asan olmayacaq.
Oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

23:45. APOEL (Kipr) - "Real Madrid" (İspaniya)

23:45. "Benfika" (Portuqaliya) – "Çelsi" (İngiltərə)

Ceyhun Əhmədov