Çempionlar Liqası: “Barselona” və “Milan” 1/8 finalın bir addımlığında

Çempionlar Liqası: “Barselona” və “Milan” 1/8 finalın bir addımlığında
Oxunma sayı: 291

“Qafqazinfo”nun verdiyi xəbərə görə, E, F, G və H qruplarında 8 oyun baş tutacaq. E qrupunda “Valensiya” həlledici oyunda “Bayer” ilə üz-üzə gələcək. İspanlar bu oyunda qalib gələ bilməsə, pley-offa vəsiqə qazanmaq şansını çətinə salacaq. Eyni sözləri F qrupunda mübarizə aparan Dortmund “Borussiya”sına da aid etmək olar. Almanlar iddiasını qorumaq üçün evdə “Olimpiakos”u məğlub etməlidir. G qrupunda “Zenit”lə “Şaxtyor”, APOEL-lə “Portu” münasibətlərinə aydınlıq gətirəcək. H qrupunun liderləri “Barselona” və “Milan” bu gün qələbə qazanacaqları halda 1/8 finala vəsiqəni rəsmiləşdirəcəklər.
E qrupu

23:45. “Genk” (Belçika) – “Çelsi” (İngiltərə)
23:45. “Valensiya” (İspaniya) – “Bayer” (Leverkuzen, Almaniya)

S Komandalar O Q H M Xal
1. “Çelsi” 3 2 1 0 7
2. “Bayer” (Leverkuzen) 3 2 0 1 6
3. “Valensiya” 3 0 2 1 2
4. “Genk” 3 0 1 2 1

F qrupu
23:45. “Arsenal” (İngiltərə) – “Marsel” ( Fransa)
23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Olimpiakos” (Yunanıstan)

S Komandalar O Q H M Xal
1. “Arsenal” 3 2 1 0 7
2. “Marsel” 3 2 0 1 6
3. “Olimpiakos” 3 1 0 2 3
4. “Borussiya” (Dortmund) 3 0 1 2 1

G qrupu

21:00. “Zenit” – “Şaxtyor” (Donetsk, Ukrayna)
23:45. APOEL (Kipr) – “Portu” (Portuqaliya)
S Komandalar O Q H M Xal
1. APOEL 3 1 2 0 5
2. “Zenit” (Petersburq) 3 1 1 1 4
3. “Portu” 3 1 1 1 4
4. “Şaxtyor” (Donetsk) 3 0 2 1 2


H qrupu

21:00. BATE (Belarus) – “Milan” (İtaliya)
23:45. “Viktoriya” (Çexiya) – “Barselona” (İspaniya)
S Komandalar O Q H M Xal
1. “Milan” 3 2 1 0 7
2. “Barselona” 3 2 1 0 7
3. BATE 3 0 1 2 1
4. “Viktoriya” (Plzen) 3 0 1 2 1


Ceyhun


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi