Çempionlar Liqası - Qazaxıstanda 7 qol+ Video

cempionlar-liqasi
Oxunma sayı: 1110

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilib.

“Qafqazinfo” xəbər verir ki, günün ilk matçı “Astana” və “Seltik” klubları arasında baş tutub.

İlk matçda rəqibinə 0:5 hesabı ilə məğlub olan “Astana”, cavab matçında üstün futbol nümayiş etdirib. Bir ara hesabda 4-1 öndə olan Qazaxıstan təmsilçisinin bundan artığına gücü çatmayıb. “Astana” matçın sonlarında daha 2 qol buraxıb və oyundan 4:3 qalib ayrılıb.

Ümumi hesabda 4:8 hesabı ilə məğlub olan “Astana” Avropa Liqasının, “Seltik” isə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.