Çempionlar Liqasında bol qollu gecə - Nəticələr + Video

cempionlar-liqasinda-bol-qollu-gece
Oxunma sayı: 2900

Çempionlar Liqasında qrup mərhələsində ilk tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, 8 matçda qapılara ümumilikdə 24 qol vurulub.

Gecənin sürpriz nəticəsi İngiltərədə qeydə alınıb. “Mançester Siti” öz meydanında “Lion”a məğlub olub.

Nəticələri təqdim edirik:

E qrupu

“Ayaks” (Hollandiya) - AEK (Kipr) - 3:0

Qollar: Nikolas Talyafiko, 46, 90, Donni van de Bek, 77

“Benfika” (Portuqaliya) - “Bavariya” (Almaniya) - 0:2

Qollar: Robert Levandovski, 10, Renatu Sançeş, 54

 

F  qrupu

“Şaxtyor” (Donetsk, Ukrayna) - “Hoffenhaym” (Almaniya) - 2:2

Qollar: İsmaili, 27, Maykon Barberan, 81 - Florian Qrillitş, 6, Havard Nordveit, 38

“Mançester Siti” (İngiltərə) - “Lion” (Fransa) - 1:2

Qollar: Bernardu Silva, 78 - Maksvell Korne, 26, Nabil Fekir, 43

 

G qrupu

“Real” (İspaniya) - “Roma” (İtaliya) - 3:0

Qollar: İsko, 43, Qaret Beyl, 58, Mariano Dias, 90+2

“Viktoriya” (Çexiya) - ÇSKA (Rusiya) - 2:2

Qollar: Mixael Krmençik,  29, 41 - Fyodor Çalov, 49, Nikola Vlaşiç, 90+5 (pen.)

 

H qrupu

“Valensiya” (İspaniya) - “Yuventus" (İtaliya) - 0:2

Qollar: Miralem Pyaniç, 45 (pen.), 51 (pen.)

Qırmızı vərəqə: Kriştiano Ronaldo, 29

Qaçırılan penalti: Dani Parexo, 90+6 (“Valensiya”)

“Yanq Boyz” (İsveçrə) - “Mançester Yunayted” (İngiltərə) - 0:3

Qollar: Pol Poqba, 35, 44 (pen.), Antoni Marsial, 66