Çempionlar Liqasında “cırtdanlar”ın savaşı

cempionlar-liqasinda-cirtdanlarin-savasi
Oxunma sayı: 649

“Qafqazinfo”nun verdiyi məlumata görə, oyun günündə 3 qarşılaşma baş tutacaq.
Oyunların 2-si formal xarakter daşıyacaq. Belə ki, ilk oyunda rəqibini darmadağın edən “Düdelanj” və “Valletta” üçün cavab görüşü “asan gəzinti” olacaq.
“Torshavn” – “Linfild” qarşıdurmasında isə heç nə məlum deyil. İlk oyunda qolsuz heç-heçəyə razılaşan tərəflər ikinci matçda gərgin mübarizə aparacaq.

Çempionlar Liqası
1-ci təsnifat mərhələsi (ilk oyunlar)
10 iyul

23:30. “Tre Penne” (San Marino) – “Düdelanj” (Lüksemburq) (0:7)
22:30. “Lusitanos” (Andorra) – “Valletta” (Malta) (0:8)
22:00. “Torshavn” (Farer adaları) – “Linfild” (Şimali İrlandiya) (0:0)

Ceyhun Əhmədov