Çempionlar Liqasında daha 3 komanda 1/8 finalda

cempionlar-liqasinda-daha-3-komanda-18-finalda
Oxunma sayı: 1894

Çempionlar Liqasında qrup mərhələsinin sonuncu - 6-cı turuna start verilib.

“Qafqazinfo” xəbər verir ki, bütün yerlərin öncəki turda dəqiqləşdiyi A qrupunda formal xarakterli oyunlarda Dortmund “Borussiya”sı və Madrid “Atletiko”su qələbə qazanıblar.

A qrupu

"Monako" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) - 0:2

Qollar: Rafael Gerreyro, 15 (0:1), 88 (0:2)

"Brügge" (Belçika) - "Atletiko" (Madrid, İspaniya) - 0:0

 

B qrupunda “Tottenhem”in “Barselona” səfərində əldə etdiyi 1 xal 1/8 finala vəsiqə qazandırıb.

“İnter”in öz meydanında PSV ilə bərabərə oynaması isə Çempionlar Liqasında çıxışını dayandırıb. İtaliya təmsilçisi çıxışını Avropa Liqasının 1/16 mərhələsində davam etdirəcək.

B qrupu

"İnter" (İtaliya) - PSV (Eyndhoven, Hollandiya) - 1:1

Qollar: İrvinq Lozano, 13 (0:1), Mauro İkardi, 73 (1:1)

"Barselona" (İspaniya) - "Tottenhem" (İngiltərə) - 1:1

Qollar: Usman Dembele, 7 (1:0), Lukas Moura, 85 (1:1)

 

Ən maraqlı hadisələr isə C qrupunda cərəyan edib. Tura lider olaraq başlayan “Napoli” Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksələ bilməyib. Belə ki, “Liverpul” və PSJ qazandıqları qələbə sayəsində qrup mərhələsini adlayıb. “Napoli” isə 3-cü pilləyə enərək Avropa Liqasına yollanıb.

C qrupu

"Srvena Zvezda" (Serbiya) - PSJ (Fransa) - 1:4

Qollar: Edinson Kavani, 10 (0:1), Neymar, 40 (0:2), Marko Qobelyiç, 56 (1:2), Markinyoş, 74 (1:3), Kilyan Mbappe, 90+4 (1:4)

"Liverpul" (İngiltərə) - "Napoli" (İtaliya) - 1:0

Qol: Məhəmməd Salah, 34

 

D qrupunda Türkiyə təmsilçisi “Qalatasaray” məğlub olsa da, “Lokomotiv”in də məğlub olması sayəsində Avropa Liqasına vəsiqə əldə edib.

D qrupu

"Qalatasaray" (Türkiyə) - "Portu" (Portuqaliya) - 2:3

Qol: Felipe, 17 (0:1), Mareqa, 42 (0:2), Feqhuli, 45+1-pen.(1:2), Oliveira, 57 (1:3), Eren Derdiyok, 65 (2:3)

"Şalke" (Almaniya) - "Lokomotiv" (Moskva, Rusiya) - 1:0

Qol: Alessandro Şyopf, 90