Çempionlar Liqasında gecənin nəticələri - Videolar

cempionlar-liqasinda-gecenin-neticeleri
Oxunma sayı: 5811

Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

"Qafqazinfo" xəbər verir ki, ilk oyuun günündə 8 qarşılaşma baş tutub.

“İnter” – “Slaviya” və “Lion” – “Zenit” matçları 1:1 hesabı ilə başa çatıb. “Borussiya” - “Barselona” matçında da qalib müəyyənləşməyib - 0:0.

“Napoli” doğma azarkeşləri önündə ÇL-in son qalibi “Liverpul” məğlub edib - 2:0. “Çelsi” isə gözlənilmədən öz meydanında “Valensiya”ya 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, tura bu gün A, B, C və D qruplarında keçiriləcək 8 qarşılaşma ilə yekun vurulacaq.

Çempionlar Liqası
Qrup mərhələsi
I tur
17 sentyabr

E qrupu
“Napoli” (İtaliya) – “Liverpul” (İngiltərə) – 2:0

Mertens, 82 (pen.), Lorente, 90


 

“Zalsburq” (Avstriya) – “Genk” (Belçika) – 6:2
Haland, 2, 34, 36, 45, Şoboşlai, 45+1, Ulmer, 66 – Lukumi, 40, Samata, 52

F qrupu 
“İnter” (İtaliya) – “Slaviya” (Çexiya) – 1:1

Barella, 90+2 – Oleyinka, 63


“Borussiya” (D, Almaniya) – “Barselona” (İspaniya) – 0:0

G qrupu
“Lion” (Fransa) – “Zenit” (Rusiya) – 1:1

Depay, 50 (pen.) – Azmun, 41


“Benfika” (Portuqaliya) – “Leypsiq” (Almaniya) – 1:2
Seferoviç, 84 - Verner, 69, 79

H qrupu
“Çelsi” (İngiltərə) – “Valensiya” (İspaniya) – 0:1

Rodriqo, 74

“Ayaks” (Hollandiya) – “Lill” (Fransa) – 3:0

Promes, 18, Alvares, 50, Taqliafiko, 62