Çempionlar Liqasında həftənin ən yaxşısı o oldu

cempionlar-liqasinda-heftenin-en-yaxsisi-o-oldu
Oxunma sayı: 1108

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, 6-cı turun ən yaxşı oyunçusu adına “Real Madrid”in hücumçusu Kriştianu Ronaldo layiq görülüb.

İspaniya təmsilçisinin Almaniyanın “Borussia” (Dortmund) komandasını evdə 3:2 hesabı ilə məğlub etdiyi qarşılaşmada bir qol vuran portuqaliyalı forvard səslərin 41 faizini qazanıb.

İkinci yeri İngiltərənin “Liverpool” komandasının futbolçusu Filippe Koutinyo tutub. Braziliyalı yarımmüdafiəçiyə səsvermədə iştirak edənlərin 38%-i dəstək olub.

Almaniya çempionu “Bayern Munich"in yarımmüdafiəçisi Korenten Tolisso isə 8 faiz səslə üçüncü olub.