Çempionlar Liqasında ilk 1/4 finalçılar məlumdur - Gecənin nəticələri + Video

Çempionlar Liqasında ilk 1/4 finalçılar məlumdur
Oxunma sayı: 6744

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

“Qafqazinfo”  xəbər verir ki, PSJ öz meydanında turnirin son qalibi “Real”la qarşılaşacaq. “Santyaqo Bernabeu”da keçirilən ilk görüşdə 1:3 hesabı ilə uduzan Paris təmsilçisi çətin durumdadır.

 “Liverpul” isə “Portu”nu qəbul edəcək. İlk oyunda 5-0 qalib gələn ingilislər demək olar ki, növbəti mərhələyə vəsiqəni təmin edib.

1/8 finalın cavab oyunları

PSJ (Fransa) – “Real” (İspaniya) - 1:2

Qollar: Kavani, 71 - Ronaldo, 52; Kasemiro, 80

Qırmızı vərəqə: Verratti, 66

“Liverpul” (İngiltərə) – “Porto” (Portuqaliya) - 0-0

İlk oyun – 5:0

***

Hər iki oyunda komandaların heyətləri açıqlandı

***

Hər iki matç "Fiorentina"nın oyunçusu Davide Astorinin vəfatı ilə əlaqədar 1 dəqiqəlik sükutla başlayıb.

***

Hər iki matçda tərəflərin cəhdlərinə baxmayaraq hesab açılmayıb.

***

51-ci dəqiqədə Ronaldo "Real"ı hesabda önə çıxarıb. Artıq PSJ növbəti mərhələ şansını davam etdirmək üçün ən az 3 qol vurmalıdır.

***

66-cı dəqiqədə Verratti ikinci sarı vərəqədən sonra qırmızı vərəqə ilə cəzalanadırılıb.

***

PSJ 10 nəfər qalmasına baxmayaraq hesabı bərabərləşdirə bilib. 71-ci dəqiqədə Kavani qol vurub.

***

80-ci dəqiqədə Kasemiro "Real"ı yenidən hesabda önə çıxarıb.

***

Hər iki matç başa çatıb. Beləliklə, "Real" və "Liverpul" 1/4 finala vəsiqə qazanıblar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi