Çempionlar Liqasında ötən həftənin ən yaxşı qolları - Video

cempionlar-liqasinda-oten-heftenin-en-yaxsi-qollari
Oxunma sayı: 1167

Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı qolu seçilib.

“Qafqazinfo” xəbər verir ki, UEFA-nın rəsmi saytında keçirilən səsvermədə ən gözəl qol “Beşiktaş”ın futbolçusu Cenk Tosunun “Portu”nun qapısından keçirdiyi qol olub.

Tosun azarkeşlərin 37 faizinin səsini toplayıb.

2-ci yeri 19 faizlə Pedro Rodrigesin “Qarabağ”a vurduğu qol, 3-cü yeri isə 18 faiz səslə Lionel Messinin “Yuventus”a vurduğu qol seçilib.