Çempionlar Liqasında qol yağışı - Gecənin nəticələri

cempionlar-liqasinda-qol-yagisi
Oxunma sayı: 2957

Çempionlar Liqasının 3-cü turuna start verilib.

“Qafqazinfo” xəbər verir ki, baş tutan 8 oyunda qapılara 31 qol vurulub.

Gecənin ən bol qollu matçı Sloveniyada olub. “Maribor” öz meydanında “Liverpul”dan 7 cavabsız qol buraxıb.

Süpriz nəticə isə Moskvada qeydə alınıb. “Spartak” İspaniyanın “Sevilya” klubunu 5:1 məğlub edib.

Turun ən maraqlı qarşılaşmalarından olan “Real Madrid” – “Tottenhem” matçında qalib müəyyənləşməyib.

Türkiyə təmsilçisi “Beşiktaş” isə səfərdə “Monako”nu məğlub edərək, yoluna itkisiz davam edib.

Gecənin nəticələrini təqdim edirik:

E qrupu

“Maribor” (Sloveniya) - “Liverpul” (İngiltərə) - 0:7

Qollar: Firmino, 4, 54, Koutinyo, 13, Salah, 19, 40, Oksleyd-Çemberleyn, 86, Aleksandr Arnolt, 90

“Spartak” (Rusiya) - “Sevilya” (İspaniya) - 5:1

Qollar: Promes, 18, 90, Melqarejo, 58, Qluşakov, 67, Adriano, 74 - Kyaer, 31

 

F qrupu

“Feyenoord” (Hollandiya) - “Şaxtyor” (Ukrayna) - 1:2

Qol: Berqus, 7 - Bernard, 24, 54

“Mançester Siti” (İngiltərə) - “Napoli” (İtaliya) - 2:1

Qollar: Sterlinq, 9, Qabriel Jesus, 13 - Diavara, 73 (pen.)

 

G qrupu

“Leypsiq” (Almaniya) - “Porto” (Portuqaliya) - 3:2

Qollar: Orban, 8, Forsberq, 38, Avqustin, 40 - Abubakar, 18, Markano, 44

“Monako” (Fransa) - “Beşiktaş” (Türkiyə) - 1:2

Qollar: Falkao, 30 - Cenk, 34, 54

 

H qrupu

“Real Madrid” (İspaniya) - “Tottenhem” (İngiltərə) - 1:1

Qollar: Ronaldo, 43 (pen.) - Keyn, 28

APOEL (Kipr) - “Borussiya Dortmund” (Almaniya) - 1:1

Qollar: Pote, 62 - Sokratis, 67