Çempionlar Liqasında yarımfinalın püşkü atılacaq

cempionlar-liqasinda-yarimfinalin-pusku-atilacaq
Oxunma sayı: 1291

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılacaq.

“Qafqazinfo” xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

“Bavariya” (Almaniya), “Liverpul” (İngiltərə), “Real Madrid” (İspaniya) və “Roma” (İtaliya) 2 cütlük formalaşdıracaqlar.

 Qeyd edək ki, yarım finalın ilk oyunları 24-25 aprel, cavab görüşləri 1-2 mayda keçiriləcək.