Çempionlar Liqasının finalı Bakıda olacaq - İspaniya mətbuatı

cempionlar-liqasinin-finali-bakida-olacaq
Oxunma sayı: 2480

UEFA Çempionlar Liqasının 2018/2019-cu il mövsümü üçün finalı Bakıda baş tuta bilər. “Qafqazinfo” xəbər verir ki, buna sabah aydınlıq gələcək. 

İspaniya mətbuatının yazdığına görə isə, final üçün Bakı Olimpiya Stadionu daha şanslıdır. Həmkarlarımızın bildirdiyinə görə, paytaxtımızda yerləşən arenaya rəqib olan “Vanda Metropolitano” stadionu UEFA-nın tələblərinə tam cavab vermir. 

Belə ki, arenanın VİP tutumu cəmi 7000 nəfərlikdir. Bu da çox az hesab edilib.