Çempionlar Liqasının püşkü nə zaman atılacaq?

cempionlar-liqasinin-pusku-ne-zaman-atilacaq
Oxunma sayı: 1596

UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunları başa çatdı.

"Qafqazinfo" xəbər verir ki, "Borussiya" (Dortmund), "Atletiko" (Madrid), "Barselona", "Tottenhem", PSJ, Liverpul, "Portu", "Şalke", "Bavariya", "Ayaks", "Mançester Siti", "Lion", "Real" (Madrid), "Roma", "Yuventus", "Mançester Yunayted" klubları 1/8 final mərhələsinə yüksəliblər.

1/8 final mərhələsinin püşkü dekabrın 17-də atılacaq. İsveçrənin Nion şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə 15:00-da başlayacaq. Eyni ölkənin komandaları və eyni qrupdan çıxan kollektivlər bu mərhələdə rəqib ola bilməzlər. 1/8 finalda qrup liderləriylə ikincilər üz-üzə gələcəklər.

Qrup liderləri:

PSJ
"Barselona"
"Real"
"Mançester Siti"
"Yuventus"
"Bavariya"
"Borussiya Dormtund"
"Portu"

Qrup ikinciləri:
"Lion"
"Atletiko"
"Liverpul"
"Mançester Yunayted"
"Tottenhem"
"Roma"
"Şalke"
"Ayaks"