“Çempionluq yağ, çörəkdirsə, kubok kremdir”

cempionluq-yag-corekdirse-kubok-kremdir
Oxunma sayı: 633

“Qafqazinfo” Apasport.az saytına istinadən məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda jurnalistlər qarşısına çıxan uelsli mütəxəssis Azərbaycan kuboku uğrunda “Neftçi” ilə sabahkı final oyunu haqda fikirlərini bildirib.

- İlk öncə onu qeyd edim ki, sabah Azərbaycan çempionuna qarşı oynayacağıq. Hər şeydən öncə “Neftçi”ni çempionluq münasibətilə təbrik edirəm. İngiltərədə deyirlər ki, çempionluq yağ və çörəkdir və biz də “Neftçi”ni təbrik edirəm. Onlar mövsümdə Azərbaycan ən yaxşı komandası olduğunu sübut etdilər. Çempionat yağ və çörəkdirsə, kubok kremdir. Finala çıxmışıqsa, göstərdiyimiz bir möhtəşəm oyunun sayəsində oldub. Bu da “Bakı” ilə Lənkərandakı cavab matçı idi. Belə götürəndə, bu mövsüm “Xəzər Lənkəran” üçün uğursuz oldu. Çünki çempionatda uğursuz çıxış etdik. Ancaq bu oyuna yaxşı hazırlaşmışıq və meydana qələbə üçün çıxacağıq. Mövsümün son oyununda irəliyə baxırıq. Möhtəşəm azarkeşlərimiz var və onlar üçün əlimizədn gələni etməliyik.