Çempionluq yolunda kim büdrəyəcək?

cempionluq-yolunda-kim-budreyecek
Oxunma sayı: 667

“Qafqazinfo” xəbər verir ki, turun nəticəsi böyük maraqla gözlənilən görüşü “Qarabağ”la “İnter” arasında olacaq. Son turda lider “Neftçi” üzərində 2-1 hesabı ilə qələbə qazanan “Qarabağ” çempionluq iddialarını açıq-aydın ortaya qoyub. Bu görüşdə Ağdam təmsilçisinin əldə edəcəyi 3 xal, onu ən azından 2-ci pilləyə yüksəldəcək. Lakin “İnter” in də bu görüşdə məğlub olmaq fikri yoxdur. Çünki liderliyə 2-ci ən böyük namizəd məhz elə “İnter” klubudur. Təbii ki, bunun üçün “Neftçi” nin bu gün “Simurq” səfərindən, əliboş qayıtması lazımdır. Ancaq son “Qarabağ” məğlubiyyətdən sonra flaqmanın başqa xal itirmək şansı yoxdur.

26-cı turun bugün keçiriləck oyunlarının proqramı belə olacaq:

Saat 15:00
“Qəbələ”- “Bakı” Qəbələ Şəhər stadionu

Saat 17:00
“Qarabağ” – “İnter” “Tofiq Bəhramov adına Respublika stadion”u

Saat 17:00
“Turan” – “Xəzər Lənkəran” “Dalğa Arena” stadionu

Saat 18:00
“Simurq” - “Neftçi” Zaqatala Şəhər stadionu

İqbal