Cənazə namazından əvvəl moizə qadağan edildi

cenaze-namazindan-evvel-moize-qadagan-edildi
Oxunma sayı: 644

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, Tacikistanda imamların cənazə namazından qabaq moizə oxunması qadağan edilib. Xəbərlərdə ölkənin Din Komitəsinin cənazənin dəfnindən qabaq imamların moizə oxumasının qadağan edilməsi ilə bağlı təklifi Tacikistan Alimlər Şurasına (TAŞ) təqdim etdiyi, sonuncunun təklifə müsbət münasibət bildirdiyi qeyd olunub.

TAŞ-ın qərarında ölən şəxsin dəfn edilməsindən qabaq cənazə namazının qılınması və duaların edilməsinin kifayət olduğu bildirilib. TAŞ imamların sözügedən mərasim zamanı həddən artıq moizə oxuyaraq, vaxtı uzatdıqlarını da qərarın qəbul edilməsi səbəblərindən biri kimi göstərib.

Xəbərlərdə qəbul edildikdən dərhal sonra qüvvəyə minən qərarın yerli alimlər və əhali tərəfindən birmənalı qarşılanmadığı öz əksini tapıb. Belə ki, dövlət komitəsinə üzv olmayan bir sıra alimlər və məscid imamları cənazə zamanı oxunan moizələrdə dünya həyatının imtahan yeri olduğunun və hər bir insanın hesab verməli olacağının bildirildiyini deyiblər.