“Cenefer Lopes bizim müğənnilərin qarşısında dura bilməz”

cenefer-lopes-bizim-mugennilerin-qarsisinda-dura-bilmez
Oxunma sayı: 2227


“Qafqazinfo”nun məlumatına görə, tədbirlərin birinə qatılan ifaçı sənət adamlarına dəstək olmağın vacibliyindən söhbət açıb: 

“Mən sevinirəm ki, bu gün səhnəmizdə çox istedadlı ifaçılar var. Burada söhbət Azərbaycan musiqisini inkişaf etdirə biləcək istedadlı ifaçılardan gedir. Hər kəs bilir ki, indi musiqimizin səmti bir az dəyişib. Türkiyə və baqşa ölkələrin musiqisinə çox istinad edirlər. Azərbaycan musiqisi artıq unudulub. Mən özüm də səhnəyə gələndə televiziya layihəsinin köməkliyi ilə gəlmişəm. Bu səhnəyə ilk addımlarını atan ifaçı üçün çox böyük dəstəkdir. Həmin ifaçı öz cibinin ümidinə qalsa, bu qədər tanınmaz. İstəyirəm ki, bu uğurlar davamlı olsun, çox inkişaf etsin, həm maddi, həm mənəvi dəstək incəsənət insanlarına çox lazımdır. İndi mətbuatda əsas məsələlərdən biri filan müğənninin əsas sponsoru kimdir və ya onu kim saxladı, filan sənətçiyə filan kəs maşın aldı. Ay balam, səhnə adamının hər zaman arxasında onları dəstəkləyən insanlar olub. İncəsənət elə bir sahədir ki, onların həmişə himayədarları olub onlar teatrı saxlayıb, o sahəyə pul buraxıb. Burada eyb bir şey yoxdur. Bu gün sənətdə olan adamlara sponsor, dəstək lazımdır. Mən müğənnilərimizi qınamıram. Deyirlər Cenifer Lopeze baxın öyrənin. Necə öyrənək? Bizdə heç bir ifaçı konsertdən milyonlar qazanmır, mahnılardan , albomdan gəlir əldə etmir. Pul töküb mahnı alıb yazdırırıq, onu da internetdən yükləyirlər. Biz də məcburuq toylardan, şou proqramlardan pul qazanaq. Bizim başqa yolumuz yoxdur. Bizim müğənniləri buna görə qınamaq lazım deyil. Bizim müğənnilərə o imkan, o şərait verilsə, istər Cenefer Lopesi, istər Rihannası bizim müğənnilərin qarşısında dura bilməz. Mən xaricdə işləyəndə görmüşəm, müğənni orada heç bir şey etmir. Ancaq düşündüm ki, yazıq bizim müğənnilərimiz hər bir işin dalınca özləri qaçırlar”.